Bakı. Ramil Məmmədli – APA. Bir müddət əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Beyləqan rayon şöbəsinin sədri vəzifəsindən istefa vermiş Eltural Mürsəlzadə Müsavat Partiyasına keçib.
E. Mürsəlzadə APA-ya bildirib ki, bu barədə qərarı bir neçə gün öncə verib. O qeyd edib ki, bundan sonra o artıq siyasi fəaliyyətini Müsavat Partiyasının üzvü olaraq davam etdirəcək. E. Mürsəlzadə qeyd edib ki, o AXCP-dən çıxaraq, Müsavat Partiyasına keçməsinin qarşıdurma mövzusu kimi müzakirə olunmasını da istəmir.
Qeyd edək ki, E. Mürsəlzadə yanvarın 13-də partiyanın Beyləqan rayon şöbəsinin sədri vəzifəsindən istefa verib. Bu vəzifənin icrası isə müvəqqəti olaraq, daha əvvəl bu postu tutmuş Füzuli Qəhrəmanlıya həvalə edilib.