Bakı. Etibar Məmmədov - APA. Milli Şuranın yaradılması ilə əlaqədar olaraq AXCP-nin prezident seçkilərində öz namizədi ilə iştirakı barədə müzakirələr Ali Məclisin sessiyasının gündəliyindən çıxarılıb. Barədə APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov bildirib.
H. Kərimovun sözlərinə görə, AXCP-nin prezidentliyə namizədinin Ali Məclisin toplantısında açıqlanacağı elan olunsa da, Milli Şuranın yaradılması prosesi bu məsələni arxa plana atıb: “Biz AXCP olaraq, daha çox müxalifətin inteqrasiyasına çalışırıq. Vahid namizəd müəyyən edilməsi prosesi Milli Şurada aparılacaq. Biz buna ümid edirik. Bütün fəaliyyətimizi bu istiqamətə yönəltmişik. Ona görə də partiyanın prezident seçkilərində öz namizədi ilə iştirak barədə müzakirələr Ali Məclisin sessiyasının gündəliyindən çıxarılıb”.
Qeyd edək ki, AXCP Ali Məclisinin sessiyası iyun ayında keçiriləcək.