Bakı. Etibar Məmmədov-APA. “Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, Milli Şura yeni namizəd irəli sürməməlidir”. Bu açıqlamanı APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı verib.
F. Qəhrəmanlı bildirib ki, Milli Şura Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd kimi qeydə alınması istiqamətində mübarizə aparmalıdır və yeni namizəd irəli sürməməlidir: “Əsas diqqət Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasına yönəlməlidir”.