Bakı. Rəşad Süleymanov-APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Səbail rayonu icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anım mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Səbail rayonun ictimaiyyətinin nümayəndələri, həmçinin Milli Məclisin deputatları, müxtəlif dövlət orqanlarının əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov H. Əliyevin Azərbaycan tarixindəki rolundan danışıb, onun Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını vurğulayıb: «Heydər Əliyev Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik genişləndirmiş lider kimi yox, həm də yaratdığı dövləti böyük əzmlə hər cür qəsddən qoruyan, hərtərəfli inkişafını təmin edən rəhbər kimi qalıb».
Tədbirdə Heydər Əliyevin xatirəsinə həsr edilmiş ədəbi nümunələr, musiqi parçaları ifa edilib.