Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşasını tamamlamaq məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Milli Konservatoriyasına 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.