Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 7 məsələ daxildir.
İclasda yeni hazırlanmış Miqrasiya Məcəlləsi üçüncü oxunuşda, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Gömrük tarifi haqqında” və “İctimai iştirakçılıq haqqında” qanun layihələri ikinci oxunuşda, “Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi, İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılacaq.