Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ilk iclası başlayıb. APA-nın məlumatına görə, iclasın açılışında Azərbaycanın dövlət himni səsləndirilib.
Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra cari məsələlərin müzakirəsi başlanıb.
Qeyd edək ki, iclasın bugünkü gündəliyində 7 məsələ var.