Bakı – APA. Füzuli rayonunda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev 240 şagird yerlik 3 nömrəli Horadiz şəhər tam orta məktəbinin açılış mərasimində iştirak edib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Yeni təhsil ocağı ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş məktəb binasının tikintisinə 2011-ci ilin sentyabrında başlanıb. İkimərtəbəli binanın ümumi sahəsi 3 170 kv. metrdir. Məktəbin 1,5 hektar həyətyanı sahəsi var. Yeni məktəb müəllimlərə elmlərin sirlərini şagirdlərə daha yüksək səviyyədə öyrətmək imkanı verəcək.
Azərbaycan prezidenti Horadiz Şahmat Məktəbinin yenidənqurmadan sonra açılışında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, məktəbdə uşaq və yeniyetmələrin şahmatın sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait var.