APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçiriləcək.
Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.