Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev fevralın 13-də “SOS” Kinderdorf İnternational” təşkilatının prezidenti Siddharta Kaulu qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla “SOS” Kinderdorf İnternational” təşkilatı arasında uzunmüddətli uğurlu əməkdaşlıq məmnunluqla qeyd olunub, təşkilatın ölkədə həyata keçirdiyi layihələrin önəmi vurğulanıb, əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.