APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olublar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məlumat verib ki, səhər tezdən başlayaraq paytaxt sakinləri dünyanın bir sıra ölkəsindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parka gəlirlər.
Prezident İlham Əliyev və ailə üzvləri H. Əliyevin abidəsini ziyarət edib, güllərlə bəzədilmiş parkı gəziblər.