Bank Of Baku

Azərbaycan prezidenti Bakıda inşa edilən yeraltı avtomobil dayanacağında tikinti işlərinin gedişi ilə tanış olub

Azərbaycan prezidenti Bakıda inşa edilən yeraltı avtomobil dayanacağında tikinti işlərinin gedişi ilə tanış olub
# 29 mart 2013 16:25 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağında, yerüstü park, bağ və fəvvarələr kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

 

APA-nın məlumatına görə, dövlət başçısının tapşırıqlarına əsasən Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq davam etdirilir. Bakı şəhərində park və xiyabanlar müasir şəkildə yenidən qurulur, yaşıllıq zolaqları salınır, yeni istirahət guşələri yaradılır.

 

Paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağının üstündə müasir park kompleksinin inşa olunması şəhərimizin simasının daha da yenilənməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan pezidenti kompleksdə inşaat işlərini daim nəzarətdə saxlayır, burada aparılan tikintinin gedişi ilə mütəmadi olaraq maraqlanır.

 

Dövlət başçısı avtomobili özü idarə edərək əvvəlcə yeraltı avtomobil dayanacağına gəlib. Bu dayanacaq avtomobil tutumuna görə dünyada ən böyük dayanacaqlardan biridir.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeraltı avtomobil dayanacağından keçib yerüstü park kompleksinə gəliblər.

 

Yeni salınan bu park kompleksi şəhərin içərisində ən böyük parkdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov park kompleksinin layihəsi əsasında prezident İlham Əliyevə məlumat verib. 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənəcək. Hazırda 20 min kvadratmetrlik sahəyə qranit plitələr döşənib. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük çəkiləcək. Kompleksin 35 min kvadratmetrlik ərazisində yaşıllıq zolaqları salınacaq. Həmin əraziyə 35 min kubmetr əkin torpağı tökülüb. Burada 2000-ə yaxın ağac, 10 minə yaxın isə bəzək kolu, çoxlu sayda gül və çiçək əkiləcək, ərazinin bütünlüklə yaşıl otlarla örtüləcək. Parkda ən müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunacaq və bu fəvvarələrin ayrıca stansiyası olacaq. Yaşıllıq zolaqları avtomat sistemlə suvarılacaq. Park kompleksində yeni yarımstansiyanın quraşdırılacağı və ən müasir işıqlandırma sistemi ilə təchiz olunacağı qeyd edilib. Parkda üç yay kafesi fəaliyyət göstərəcək. Kompleksin ətrafındakı binalarda və ərazilərdə əsaslı şəkildə abadlıq və quruculuq işləri də həyata keçiriləcək. Dövlət başçısı paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında salınan park kompleksində aparılan inşaat işləri ilə bağlı müvafiq tövsiyələrini verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR