APA-nın xəbərinə görə, prezident təbrik məktubunda qeyd edib ki, Azərbaycanla Gürcüstanı çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir.
Azərbaycan prezidenti bildirib ki, bu gün bu münasibətlər dinamik və hərtərəfli inkişaf edərək yeni məzmun kəsb edir, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımızı, xalqlarımızın rifahı, ölkələrimizin çiçəklənməsi, regionumuzda tərəqqi və sabitliyin bərqərar olması naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan xalqına sülh və rifah arzulayıram”.