Bank Of Baku

Azərbaycan prezidenti Horadizdə Gənclər Mərkəzinin və Mədəniyyət Sarayının açılışında iştirak edib

Azərbaycan prezidenti Horadizdə Gənclər Mərkəzinin və Mədəniyyət Sarayının açılışında iştirak edib
# 15 dekabr 2012 13:08 (UTC +04:00)

 

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 15-də Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Gənclər Mərkəzinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

 

Prezident mərkəzlə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Dövlət başçısı Horadiz Şəhər Mədəniyyət Sarayının yenidənqurmadan sonra açılışında da iştirak edib.

 

Prezident rəmzi açılışı bildirən lenti kəsib.

 

Dövlət başçısı Mədəniyyət Sarayında yaradılmış şəraitdən razılığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR