Mərkəzdə Heydər Əliyevin büstü qoyulub, həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.
Burada H. Əliyevin zəngin dövlətçilik irsinin gələcək nəsillərə çatdırılması üçün elektron kitabxana, ona aid sənədlərin saxlandığı xüsusi guşə də var.
Prezident İlham Əliyev mərkəzin konfrans zallarına baxıb, xatirə kitabına ürək sözlərini yazıb.