Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinə yeni başçı təyin edib.
APA-nın məlumatına görə, prezident Həbib Hüseyn oğlu İbrahimovun Sədərək rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Abbasqulu Cəfərqulu oğlu Abbasov Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.