Bank Of Baku

Azərbaycanda 10 və daha artıq uşağı olanlara “Qəhrəman ana” statusu veriləcək

Azərbaycanda 10 və daha artıq uşağı olanlara “Qəhrəman ana” statusu veriləcək
# 29 yanvar 2013 11:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda 10 və daha çox uşağı, o cümlədən övladlığa götürülmüş uşaqları olan, onları 18 yaşınadək tərbiyə edən qadınlar “Qəhrəman ana” hesab olunacaqlar.

 

APA-nın məlumatına görə, bu, Milli Məclisdə yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində nəzərdə tutulub.

 

Qanuna əsasən, “Qəhrəman ana” adı veriləndə mütləq valideynin öz vəzifələrini layiqincə yerinə yetirməsi, uşağın tərbiyəsi və təhsili üçün əlverişli şərait yaratması, uşaqda yüksək əxlaqi-mənəvi keyfiyyətlərin formalaşdırılması və sair nəzərə alınmalıdır. Qanun qüvvəyə mindiyi təqdirdə “Qəhrəman ana”lar bir sıra güzəştlər əldə edəcəklər. Hazırda güzəştlərin nədən ibarət olacağı müzakirə olunur. Layihədə “Qəhrəman ana”lara birdəfəlik yüksək məbləğdə pul mükafatının verilməsi təklif olunur.

 

Qeyd olunan imtiyaz və güzəştlərin valideyn hüququndan məhrum edilmiş valideynlərə və valideyn himayəsindən məhrum edilmiş uşaqlara, dövlət təminatında olan uşaqlara şamil olunmaması nəzərdə tutulur. Qanun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunub və bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR