Bank Of Baku

Azərbaycanda seçici siyahısının tərtibinə başlanılıb

Azərbaycanda seçici siyahısının tərtibinə başlanılıb
# 14 yanvar 2013 12:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda bu aydan etibarən seçicilərin siyahısının yenidən tərtib olunmasına başlanılıb. Bu barədə APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib.

 

Seçicilərin sayılmasının hər il yanvar ayından başlayaraq may ayına qədər davam etdiyini deyən N.Məmmədov qeyd edib ki, bu il ölkədə prezident seçkiləri olduğunu nəzərə alaraq proses daha aktiv həyata keçirilir. Onun sözlərinə görə, bütün aidiyyəti qurumlar bu işə aktiv formada cəlb olunub və hazırda start verilən proses uğurla davam etdirilir: “Siyahı tərtib olunandan sonra dəqiqləşmə dövrü olacaq və ondan sonra biz seçicilərin dəqiq siyahısını elan edəcəyik”.

 

Ötən ilin yekunlarına görə Azərbaycanda 4,5 milyondan çox seçicinin olduğunu deyən N.Məmmədov bildirib ki, bu il bu rəqəmdə dəyişikliyin olacağı ehtimalı da var. Onun sözlərinə görə, MSK-nın indiyə qədər tərtib etdiyi seçici siyahıları müxtəlif beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR