APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 247-5 maddəsi əlavə ediləcək.
Hər hansı fiziki şəxsin qeyd olunan təşkilatlara nağd şəkildə pul vəsaiti verdiyi aşkarlanarsa, 250 manatdan 500 manata qədər, vəzifəli şəxslər 750 manatdan 1500 manata qədər, hüquqi şəxslər isə 3500 manatdan 7000 manata qədər cərimələnəcəklər. Dəyişikliklərdə ianə edilən pul vəsaitlərinin siyasi partiyalar, QHT-lər və xarici QHT-lərin ölkədəki nümayəndəlikləri tərəfindən nağd şəkildə qəbul edilməsi də qadağan olunur. Bunun üçün vəzifəli şəxslər 1000 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 7000 manatdan 10 000 manata qədər cərimələnəcəklər.
Azərbaycanda fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan QHT-lərə nağd şəkildə verilən və həmin təşkilatlar tərəfindən nağd şəkildə qəbul edilən 200 manata qədər ianələrə bu maddənin qüvvəsi şamil edilmir. Layihə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub.