Bank Of Baku

Bahar Muradova İsa Qəmbərin Lənkəran səfəri zamanı hücuma məruz qalmasına münasibət bildirib

Bahar Muradova İsa Qəmbərin Lənkəran səfəri zamanı hücuma məruz qalmasına münasibət bildirib
# 18 yanvar 2013 08:42 (UTC +04:00)

Bunları APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

 

Bununla belə, B. Muradova qeyd edib ki, belə bir hadisə baş verib, ortada faktiki iştirakçılar var, onların iştirakı və rolu araşdırılmalıdır: “Hakimiyyətin və hakim partiyanın bura nə aidiyyəti var?! Onların ittihamları əsassızdır, hakimiyyətin bu məsələdə heç bir rolu yoxdur. Biz öz işimizlə məşğuluq, başqalarının hara səfər etməsi, niyə səfər etməsi ilə bağlı qarşımıza hansısa proqram və vəzifə qoymamışıq. Belə işlərlə məşğul olmağa həvəsimiz yoxdur”.

 

B. Muradova deyib ki, hadisədə cinayət tərkibli fakt varsa, aidiyyəti qurumlar araşdırıb ortaya qoymalıdır: “Amma bunu birbaşa hakimiyyətin ayağına yazmaq, hakimiyyətin planı kimi təqdim etmək o səfəri və o səfərin iştirakçılarını cəmiyyət qarşısında həddindən artıq böyütmək deməkdir”.

 

Qeyd edək ki, yanvarın 13-də Müsavat başqanı İsa Qəmbər partiyanın yerli təşkilatının tədbirində iştirak etmək üçün Lənkərana səfər edən zaman bir qrup şəxsin hücumuna məruz qalıb. İsa Qəmbər və tərəfdarları bu məsələdə hakimiyyəti və hakim partiyanı ittiham edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR