Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti ABŞ səfirliyi qarşısında piket keçirilməsinə razılıq verməyib

Bakı Şəhər İcra Hakimiyyəti ABŞ səfirliyi qarşısında piket keçirilməsinə razılıq verməyib
# 01 fevral 2013 08:14 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Bakı Şəhər İcra Hakimiyyəti Ədalət Partiyasının ABŞ səfirliyinin binası qarşısında piket keçirməsi ilə bağlı müraciətini cavablandırıb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxt rəhbərliyi ABŞ səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilməsini məqsədəuyğun saymayıb.

 

Qeyd edək ki, ABŞ-ın Dağlıq Qarabağ məsələsində tutduğu qeyri-obyektiv mövqeyə etiraz olaraq Ədalət Partiyası fevralın 1-də saat 12.00-dan 13.00-dək ABŞ-ın Bakıdakı səfirliyi qarşısında 45 nəfərin iştirak edəcəyi piket keçirməyi planlaşdırmışdı.

  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR