Bank Of Baku

Bakıda “Beynəlxalq Gənc Siyasətçilər Məktəbi” adlı forum keçirilib - FOTOSESSİYA

Bakıda “Beynəlxalq Gənc Siyasətçilər Məktəbi” adlı forum keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 04 iyul 2013 12:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Avropa ölkələrinin gənc fəallarının iştirakı ilə Beynəlxalq Gənc siyasətçilər Məktəbi adlı forum keçirib. APA-nın məlumatına görə, forumda Fransa, Almaniya, Bolqarıstan, Ukrayna, Polşa, İtaliya, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrindən gənc fəallar iştirak edib.

 

Forumda çıxış edən AGAT sədri Gülsel Səfərova bildirib ki, məktəbin təşkil edilməsində məqsəd Avropa və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq əsasında əməkdaşlığın yaradılması, qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır: “Forum Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir. Eyni zamanda məqsəd Azərbaycanın Avropaya inteqrasiyası, demokratik quruculuqda Avropa təcrübəsinə yiyələnmək, siyasi elmin əsaslarını öyrənməkdən ibarətdir”.

 

O qeyd edib ki, bütün mövzular çərçivəsində panellər təşkil olunacaq və aidiyyatı dövlət qurumları ilə görüş keçiriləcək: “Məktəb iştirakçıları siyasi bilik təcrübəsindən başqa, Azərbaycanın reallıqları və dövlətimizin demokratik quruculuqda nailiyyətləri barədə hərtərəfli məlumat alacaqlar. Sonda isə Gənc Siyasətçilər Şəbəkəsinin yaradılması nəzərdə tutulur”.

 

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də məktəbin gənclərin maariflənməsi baxımından vacibliyini vurğulayıb: “Gənclərin müxtəlif təlimlərdə iştirak etməsi və maarifləndirilməsi Azərbaycanın inkişafına töhvə verəcək. Fransa hökumətinin əsas prioritet məqsədlərindən biri gənclərin maarifləndirilməsidir”.

 

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Milli Məclisi, Yeni Azərbaycan Partiyası, AR Prezidentinin yanında Gənclər Fonduna ziyarət ediləcək. Siyasi məktəb çərçivəsində siyasətçinin kommunikasiya bacarıqlarının artırılması, münaqişələr (Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi), siyasi partiyaların dövlət idarə edilməsində rolu və s. mövzularında panellər keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR