Bank Of Baku

Bakıda “Ümummilli lider Heydər Əliyev - 90” mövzusunda konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “Ümummilli lider Heydər Əliyev - 90” mövzusunda konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 21 fevral 2013 11:58 (UTC +04:00)

 

APA-nın məlumatına görə, konfransı açıq elan edən SAM direktoru Fərhad Məmmədov qeyd edib ki, Heydər Əliyev Azərbaycan gəncliyinin vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına, müasir biliklərə yiyələnməsinə həmişə ciddi önəm verib: “Çıxışlarının birində “Hər bir insan gərək ilk növbədə vətəndaş olsun. dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun» fikrini vurğulayan Ümummilli Lider  gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda fəallığının artırılmasını, onlar üçün əlverişli şəraitin yaradılmasını dövlət siyasətinin vacib sahələrindən biri elan edib. «Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır» - deyən Heydər Əliyevin 1999-cu ildə imzaladığı «Dövlət gənclər siyasəti haqqında» fərman onun Azərbaycan gəncliyinə qayğısının təzahürlərindəndir. Həmin fərmana uyğun olaraq, 2002-ci ildə Prezident İlham Əliyev tərəfindən «Dövlət Gənclər Siyasəti haqqında» Azərbaycan Respublikası Qanunu, 2005-ci ildə isə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiqlənib”.

 

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Heydər Əliyevin Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərini konkret geosiyasi və tarixi şəraitə uyğun müəyyənləşdirməyə başladığını bildirib: “O, uzaqgörən gedişlərlə faktiki olaraq Azərbaycanın xarici siyasət kursunu sistemləşdirdi, ona yeni məzmun verdi və zamanın tələbləri səviyyəsinə qaldırdı. Heydər Əliyev bu mürəkkəb vəziyyətdə xarici siyasətin qarşısında duran vəzifələri və onun prioritetlərini dəqiq müəyyənləşdirdi. Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı və o, beynəlxalq aləmdən Azərbaycanın suverenliyinə və müstəqilliyinə təminat alaraq iki istiqamətdə strateji dividend əldə etdi. Birincisi, Qərblə strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandırdı. İkincisi, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq öz iqtisadiyyatının gələcək inkişafını təmin etmək imkanı qazandı”.

 

Novruz Məmmədov bildirib ki, Azərbaycanın xarici siyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə, regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurulması dinamikasına çevik reaksiya verən sistem kimi daxil olub.

 

“Heydər Əliyevin sosial siyasətində gender bərabərliyi” mövzusunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Heydər Əliyevin fəaliyyət istiqamətlərindən birini onun  sosial siyasətində gender bərabərliyinin gücləndirilməsi təşkil edib: “İndiki qlobal inkişaf zəminində dünyanın gender balansı böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrdə gender stereotiplərinə kreativ yanaşma zamanın tələbidir. Bu da çoxəsrlik ənənələrə malik, Şərqlə Qərbin arasında körpü rolu oynayan Azərbaycan üçün prioritet  xarakter kəsb edir. Ölkəmiz genderlə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. Ona görə ki, digər sahələrdə olduğu kimi gender problemində də bizim əlimizdən tutan bir böyük siyasi irs və siyasi məktəb var”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR