Bakı – APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının xarici işlər naziri Məhəmməd Kamal Amrı qəbul edib.
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov ölkələrimiz arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib.
Misir Ərəb Respublikasının xarici işlər naziri Bakıda Fələstinlə bağlı keçirilən konfransın yüksək səviyyədə təşkil edildiyini və onun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı sülh prosesinin cari vəziyyəti haqda məlumat verib və Misirin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə davam edəcəyinə əminliyini vurğulayıb.
Görüş zamanı həmçinin iqtisadi sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib və Yaxın Şərqdə gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.