Bank Of Baku

Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib - FOTO

Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş  anma mərasimi keçirilib   - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 11:42 (UTC +04:00)

 

Bakı. Hafiz Heydərov-APA. Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş  anma mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov qeyd edib ki, Azərbaycanın 1969-cu ildən başlamaqla 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər Heydər Əliyev dahi şəxsiyyətinin adı, onun dövlətçilik siyasəti ilə bağlı olub. Azərbaycan tarixinə sabitlik və inkişaf dövrü  kimi düşən 1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin əsaslarının yaradıldığını qeyd edən Z. Qaralov dövlətçiliyimizin ideoloji əsası kimi Azərbacançılıq məfkurəsi formalaşdırıldığını, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar edildiyini, Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edilməklə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atıldığını, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlərin görüldüyünü bildirib.

 

Z. Qaralov həmçinin qeyd edib ki, Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub: “2003-cü ildən etibarən Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir”.

 

Mərasim iştirakçıları bildiriblər ki, Heydər Əliyevin ideyalarına və onun formalaşdırdığı siyasi kursa sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.

 

Mərasimin sonunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Vətənə, xalqa həsr edilən ömür» adlı film nümayiş etdirilib.

                                                                                           

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR