Bank Of Baku

BAXCP-də yeni təyinatlar olub

BAXCP-də yeni təyinatlar olub
# 07 yanvar 2013 12:35 (UTC +04:00)

Bakı – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev yeni struktur vahidlərinin yaradılması və təyinatlarla bağlı bir neçə əmr imzalayıb.

 

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyada Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələr üzrə katiblik yaradılıb və Yaşar Kələntərli təşkilati işlər üzrə katib vəzifəsindən azad edilərək BAXCP-nin Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələr üzrə katibi vəzifəsinə təyin olunub.

 

Partiyanın təşkilati işlər üzrə katibi vəzifəsinə isə Bünyamin Qəmbərli təyin edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR