Bank Of Baku

BAXCP "Milli azadlıq hərəkatı və Əbülfəz Elçibəy" mövzusunda yazı müsabiqəsi elan edib

BAXCP "Milli azadlıq hərəkatı və Əbülfəz Elçibəy" mövzusunda yazı müsabiqəsi elan edib
# 07 yanvar 2013 12:04 (UTC +04:00)

Bakı – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

 

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

 

İclasda müzakirə olunan məsələlərdən biri də milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 75 illik yubileyinə hazırlıqla bağlı olub. Yubileylə bağlı tədbirlər planının hazırlanması və həyata keçirilməsi üçün İdarə Heyətinin qərarı ilə işçi qrupu yaradılıb. İşçi qrupuna rəhbərlik partiyanın baş katibi Söhrab Abdullayevə həvalə olunub. İdarə Heyəti "Milli azadlıq hərəkatı və Əbülfəz Elçibəy" mövzusunda jurnalistlərin fərdi yazı müsabiqəsinin keçirilməsi ilə də bağlı qərar qəbul edib. Qərara əsasən, müsabiqədə qalib gələn jurnalistlərə aşağıda qeyd olunan məbləğdə pul mükafatı və fəxri diplomlar veriləcək:

 

I yer - 500 manat

II yer - 300 manat

III yer - 200 manat

 

İdarə Heyətinin iclasında son vaxtlar Əbülfəz Elçibəylə bağlı bəzi mətbuat orqanlarında yayımlanan böhtan xarakterli yazılara da münasibət bildirilib. BAXCP ölkədə müzakirə üçün çoxsaylı problemlərin olduğu bir zamanda bütün diqqətin Əbülfəz Elçibəyə qarşı aparılan böhtan xarakterli kampaniya üzərində cəmləşdirilməsini hiddətlə qınayır və özünə, milli-mənəvi dəyərlərimizə sayğı duyan hər kəsi bu iyrənc kampaniyanın gündəmdə saxlanılmasına xidmət edən təxribat xarakterli müzakirələrdən kənarda qalmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR