Bank Of Baku

BAXCP İdarə Heyətinin iclası keçirilib

BAXCP İdarə Heyətinin iclası keçirilib
# 24 dekabr 2012 10:59 (UTC +04:00)

Partiya Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb

 

Bakı-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyətlə bağlı məsələlər müzakirə olunub. BAXCP İdarə Heyətinin 2012-ci ildə keçirilən sonuncu iclasında qurum üzvləri il ərzində ölkə və dünya miqyasında baş verən hadisələr ətrafında müzakirələr aparıblar. İclasda BAXCP-nin 2012-ci ildəki fəaliyyəti dəyərləndirilib və partiyanın 2013-cü ildə həyata keçirilməsi planlaşdırılan fəaliyyət planı ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

İclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına təbrik ünvanlanması ilə bağlı qərar qəbul edilib. BAXCP Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibətilə təbrik edib, Azərbaycanın bütöv və qüdrətli bir dövlətə çevrilməsində Tanrıdan yardım diləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR