Bank Of Baku

BAXCP prezident seçkilərinə «Dördüncü Respublika» şüarı ilə gedir

BAXCP prezident seçkilərinə «Dördüncü Respublika» şüarı ilə gedir
# 25 fevral 2013 10:26 (UTC +04:00)

 

Bakı – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

 

Partiyadan APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub.

 

İdarə Heyətinin iclasında partiyanın növbəti qurultayının keçirilməsi ilə bağlı yaranmış vəziyyət və prezident seçkilərinə hazırlıqla bağlı məsələlərə daha geniş yer ayrılıb. Müzakirələr nəticəsində İdarə Heyətinin üzvləri partiyanın seçki şüarının müəyyənləşdirilməsi və bu şüara uyğun seçki platformasının hazırlanması ilə bağlı razılığa gəliblər. İdarə Heyətinin qərarına əsasən BAXCP bu ilin oktyabrında keçiriləcək seçkilərə «Dördüncü Respublika» şüarı ilə gedəcək.

 

İdarə Heyəti seçki platformasının hazırlanmasını partiyanın müvafiq katibliklərinə həvalə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR