Bank Of Baku

BDU-da Heydər Əliyevi anma mərasimi keçirilib

BDU-da Heydər Əliyevi anma mərasimi keçirilib
# 11 dekabr 2012 12:41 (UTC +04:00)

 

Bakı. Etibar Məmmədov-APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

 

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Heydər Əliyevlə bağlı xatirələrini, onun siyasi xadim və dövlət başçısı kimi gördüyü işlərdən danışıb. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən xilas edib. H. Əliyevin iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratdığını deyən rektor, onun elm və təhsil problemlərini də daim diqqətdə saxladığını bildirib: “Mən hər zaman dediyim fikri xüsusilə qeyd etmək istəyirəm. Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir. Ulu öndərin siyasi kursu möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

 

Sonra çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov özünün bir çox əsərlərini, tədqiqatlarını H. Əliyev irsinin öyrənilməsinə həsr etdiyini vurğulayıb.

 

Tədbirdə digər çıxış və xatirələr dinlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR