Bank Of Baku

BQP Siyasi Qurulunun iclası keçirilib

BQP Siyasi Qurulunun iclası keçirilib
# 21 yanvar 2013 16:05 (UTC +04:00)

 

Bakı - APA. Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun iclası keçirilib. Partiyaın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda BQP başqanı Fazil Mustafanın ölkədə ictimai-siyasi vəziyyətə dair məruzəsi, Ali Məclisin sədri Əjdər Əliyevin rayon və şəhər təşkilatlarının ümumi yığıncaq və konfransları haqqında məlumatı dinlənilib, eləcə də ölkə və dünya gündəmində yer alan mühüm hadisələrə münasibət bildirilib.

 

İclasda qeyd edilib ki, “Freedom House” təşkilatının 2012-ci illə bağlı hazırladığı hesabatda Azərbaycan qeyri-azad ölkə kimi göstərilib: «Hesabatın qəbuledilməz cəhəti xüsusilə ondan ibarətdir ki, Azərbaycan ərazisinin bir hissəsi olan Dağlıq Qarabağa ayrıca münasibət bildirilib və buradakı separatçı rejim “azad ölkə” kimi xarakterizə edilib. BQP “Freedom House” təşkilatının Azərbaycanın ərazisinin bir hissəsi ilə bağlı bu cür hesabat hazırlamasını beynəlxalq hüququn tələblərinin  pozulması faktı kimi dəyərləndirir və adı çəkilən təşkilatın separatçı quruma qarşı sərgilədiyi münasibəti Azərbaycanın ərazi bütövlüyünü və unitarlığını şübhə altına alan qərəzli mövqe kimi pisləyir”.

 

İclasda “Binə” Ticarət Mərkəzində sahibkarların və satıcıların etiraz aksiyasına toxunulub: “Ümid edirik ki, aidiyyəti qurumlar tərəfindən “Binə” Ticarət Mərkəzinin sahibinin biznes maraqları sosial ədalət və mülkiyyətin toxunulmazlığı prinsiplərindən və ictimai sabitliyin etibarlı qorunmasından üstün tutulmayacaq, baş vermiş hadisə hökumət tərəfindən qanuna müvafiq şəkildə  araşdırılaraq, vətəndaşların hüquq və mənafelərinin üstünlüyü təmin ediləcək”.


Eyni zamanda iclasda aksiya zamanı peşə borcunu yerinə yetirən, fərqləndirici gödəkcələr geyən və aksiyanı işıqlandırmaq istəyən bir neçə jurnalistə qarşı polis zorakılığı pislənilib və həmin faktların  araşdırılıb günahkarların cəzalandırılması istənilib. 


Siyasi Qurul Rusiya prezidenti Vladimir Putinin Rusiya-Ermənistan hərbi-strateji əməkdaşlığını genişləndirmək barədə son sərəncamını təcavüzkarı şirnikləndirmək kimi qiymətləndirib: “Rusiyanın Ermənistana növbəti havadarlığı rəsmi Moskvanın bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllində indiyədək sərgilədiyi ənənəvi ermənipərəst mövqeyi daha açıq formada davam etdirmək niyyətində olduğunu göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR