Bank Of Baku

BQP Siyasi Qurulunun növbəti iclası keçirilib

BQP Siyasi Qurulunun növbəti iclası keçirilib
# 11 fevral 2013 12:18 (UTC +04:00)

 

Bakı – APA. Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.

 

BQP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda ölkədəki ictimai-siyasi vəziyyət, qərarların icra vəziyyəti, eləcə də ölkə və dünya gündəmini təşkil edən mühüm hadisələr müzakirə edilib.

 

F.Mustafa mərkəzi və yerli təşkilatların fəaliyyətində effektivliyin təmin edilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib. BQP Siyasi Qurulu yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsinə münasibət bildirərək, Azərbaycanda  bu tipli  ailələrə xüsusi müavinətlərin ayrılmasını stimullaşdırıcı və güzəştli addım kimi müsbət dəyərləndirib, eyni zamanda  qarşıya qoyulan hədəfə nail olunması üçün ailələrin büdcələrinin və gəlirlərinin artırılmasının da qayğısına qalmağın vacibliyini vurğulayıb.

 

İclas Türkmənçay müqaviləsinin 185 illiyi və Güney Azərbaycanda soydaşlarımızın hüquqlarının pozulması ilə bağlı məsələyə münasibət bildirərək, bu müqaviləni tarixi ərazilərimizin iki dövlət arasında bölüşdürülməsi nəticəsində xalqımızın mənəvi əlaqələrinin itirilməsinə səbəb olan faciəvi hadisə kimi qiymətləndirib və Güney Azərbaycan mövzusunun hər zaman diqqətdə saxlanmasının vacibliyini vurğulayıb.

 

Siyasi Qurul Suriyada baş verən hadisələrdən sonra orada yaşayan ermənilərin  Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılmasını münaqişənin həllinə, regionda sülh və sabitliyin bərqərar olmasına Ermənistanın ciddi ziyan vuran təxribat xarakterli hərəkətləri kimi pisləyib, beynəlxalq ictimaiyyətin və Avropa İttifaqının bununla bağlı Ermənistana qarşı təzyiqləri artırmasının zəruriliyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR