Bakı. Etibar Məmmədov - APA. Bu gün Açıq Cəmiyyət Partiyasının qərargahında Demokratik Qüvvələrin Birliyinin (DQB) iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, DQB-nin vəzifələri və cari məsələlər müzakirə olunub.
İclasda ölkədəki seçkiqabağı mövcud vəziyyətlə bağlı beynəlxalq təşkilatlara müraciət edilməsi, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə Avropa Parlamentinin Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkilərində monitorinq aparıb-aparmayacağı ilə əlaqədar sorğu göndərilməsi qərara alınıb.
DQB üzvləri qurumun xarici əlaqələrinin gücləndirilməsi məqsədilə xüsusi qrupun yaradılmasını məqsədəuyğun hesab ediblər.