Bank Of Baku

Demokratik Qüvvələrin Məşvərət Məclisi Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirəcək

Demokratik Qüvvələrin Məşvərət Məclisi Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirəcək
# 20 noyabr 2012 11:59 (UTC +04:00)

 

Bakı. Etibar Məmmədov - APA. Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti yığıncağı keçirilib. APA-nın məlumatına görə, yığıncaqda ölkədə və dünyada baş verən ictimai-siyasi məsələlər müzakirə olunub.

 

Toplantıda Bakı Şəhər İcra  Hakimiyyətinin (BŞİH) binası qarşısında dekabrın 5-də piket keçirmək qərara alınıb. Bununla bağlı BŞİH-nə müraciət göndəriləcəyi qeyd olunub. Yığıncaqda İctimai Palatanın müxalifətdaxili əməkdaşlıq barədə qərarı yüksək qiymətləndirilib.

 

Məclis Seçki Monitorinqi Mərkəzinin təqdim etdiyi memorandumla bağlı məsələnin müzakirəsinə qoşulduğunu bəyan edib.

 

DQMM, həmçinin Fələstində baş verən hadisələrə etiraz edib, atəşkəs əldə olunmasının vacibliyini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR