Bakı. Etibar Məmmədov – APA. Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) aprelin 28-nə təyin etdiyi mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə APA-ya Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev məlumat verib.
Qeyd edək ki, müraciətdə mitinqin keçirilməsi üçün 3 yer - Nizami rayonu, “Təbriz” kinoteatrının qarşısındakı meydan, Binəqədi rayonu, metronun “Dərnəgül” stansiyasının çıxışındakı dəmiryolu deposu yaxınlığında yerləşən meydan və Nəsimi rayonu 20 Yanvar küçəsi, 4-cü mikrorayondakı məhəllə stadionu məqsədəuyğun hesab edilib.