Bank Of Baku

Demokratik Qüvvələrin Məşvərət Məclisi may ayında kütləvi aksiyalar keçirməyi planlaşdırır

Demokratik Qüvvələrin Məşvərət Məclisi may ayında kütləvi aksiyalar keçirməyi planlaşdırır
# 15 mart 2013 15:25 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Demokratik Qüvvələrin Məşvərət Məclisinin ötən iclasında kütləvi tədbirlərin keçirilməsi ilə əlaqədar müzakirələr olub”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə verib.

 

Y. Bağırzadə deyib ki, DQMM seçki öncəsi demokratik mühitin formalaşdırılması şüarı altında may ayından kütləvi aksiyalar keçirməyə qərar verəcək: “Məşvərət Məclisinin ötən iclasında kütləvi tədbirlərin keçirilməsi ilə əlaqədar müzakirələr olub və mayın əvvəlindən kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb. Hazırda Bakı şəhər icra hakimiyyətinin öncəki piketə imtina qərarından məhkəmə prosesi sona yetmək üzrədir. Ona görə də biz hüquqi müstəvidə bu məsələni həll etdikdən sonra, artıq may ayının əvvəlindən kütləvi tədbirlərin keçirilməsi haqqında qərar verəcəyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR