Bakı. Etibar Məmmədov – APA. Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisində (DQMM) təmsil olunan partiya sədrləri, partiyaların funksionerləri və sıravi üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
APA-nın məlumatına görə, Məşvərət Məclisi üzvləri “Xocalı” abidəsini ziyarət edərək, abidənin önünə əklil qoyublar.