Bank Of Baku

DQMM-da təmsil olunan bəzi partiyalar Milli Şura ilə bağlı müzakirələrə etiraz edib

DQMM-da təmsil olunan bəzi partiyalar Milli Şura ilə bağlı müzakirələrə etiraz edib
# 04 iyun 2013 12:26 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti toplantısı keçirilib.

 

DQMM üzvü, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin APA-ya verdiyi  məlumata görə, iclasda ölkədəki ictimai-siyasi məsələlər, DQMM-in prezident seçkilərində iştirakı barədə müzakirələr aparılıb. O qeyd edib ki, AMİP növbəti iclasda DQMM-ə seçkilərlə bağlı layihə təqdim edəcək: “Layihədə Məşvərət Məclisinin ümumi seçki platforması əksini tapıb və layihə növbəti iclasda müzakirəyə çıxarılacaq”.

 

Məşvərət Məclisinin Milli Şurada təmsilçiliyinə münasibət bildirən F. Əliyev bununla bağlı konkret mövqelərinin olmadığını qeyd edib: “Milli Şura ilə bağlı əvvəl qərarımız olub. Milli Şura elan olunsa da, onun fəaliyyəti aydın deyil. Ona görə də Milli Şurada iştirakla bağlı konkret qərarımız yoxdur”.

 

DQMM üzvü onu da bildirib ki, iclasda Milli Şura ilə bağlı məsələ qaldırılsa da, bəzi partiyalar buna etiraz edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR