Bakı. Etibar Məmmədov - APA. Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti yığıncağı keçirilib.
DQMM mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ADP qərargahında keçirilən yığıncaqda qurumun sonuncu iclasında qəbul olunmuş qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət və cari məsələlər ətrafında müzakirələr aparılıb. Toplantıda ötən həftə qəbul olunan qərarların icra vəziyyəti ilə bağlı səlahiyyətli şəxslərin məruzəsi dinlənilib və qərarların icra vəziyyəti qənaətbəxş hesab edilib.
İclasda Milli Məclisdə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər geniş müzakirə olunub və bu hadisə pislənilib.
Toplantı iştirakçıları noyabrın 17-də gənclərin planlaşdırdığı aksiyaya DQMM-nin həm siyasi, həm də yaxından dəstək olmasının vacibliyini vurğulayıb və bu barədə qərar qəbul edib.
Toplantıda həmçinin DQMM-nin strukturlarının formalaşdırılması məsələsi də müzakirə olunub, yaxın perspektivdə bu qurumların yaradılmasının vacibliyi qeyd edilib.