Bank Of Baku

Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti iclası keçirilib

Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti iclası keçirilib
# 27 noyabr 2012 13:35 (UTC +04:00)

 

Bakı. Elvin Abbaslı - APA. Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti iclası keçirilib.

 

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İslam Demokrat Partiyasının (İDP) sədri Tahir Abbaslının sədrliyi ilə keçirilən iclasda ölkədəki ictimai-siyasi vəziyyət və ATƏT-in Minsk Qrupunun fəaliyyəti geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

 

Daha sonra iclasda Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçilərinin fəaliyyəti də müzakirə olunub və onların fəaliyyəti tənqid edilib. Bildirilib ki, ATƏT-in Minsk Qrupu BMT tərəfindən ona verilmiş mandata uyğun fəaliyyət göstərmir. Mandata görə qrup ilk növbədə işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad olunması yönündə fəaliyyət göstərməli və bundan sonra Qarabağın statusu ilə bağlı məsələləri müzakirə etməli idi. Lakin Minsk Qrupu bu günə qədər göstərdiyi fəaliyyət müddətində üzərinə düşən vəzifə ilə bağlı hər hansı real addımlar atmayıb.

 

İclasda ötən gün Aşura tədbirlərində polis əməkdaşlarının vətəndaşlara qarşı zorakılığını pisləyən bəyanat qəbul edilib.

 

Növbəti iclasın dekabrın 4-də Mirmahmud Mirəlioğlunun sədrliyi ilə KXCP qərargahında keçirilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR