Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin deputatı Asəf Hacıyev Mərmərə Fondunun təşkil etdiyi XVI Avrasiya İqtisadi Sammitində iştirak etmək üçün aprelin 9-10-da Türkiyədə səfərdə olacaq.
Parlamentdən APA-ya verilən məlumata görə, İstanbul şəhərində keçirilən sammitdə iqtisadiyyat, energetika, informasiya-kommunikasiya texnologiyaları və təhlükəsizlik, səhiyyə, təhsil, mədəniyyət və ekologiya sahəsində dialoq, davamlı inkişafda qadınların rolu mövzularında müzakirələr aparılacaq.
Tədbirə Albaniya, Bosniya-Herseqovina, Makedoniya, Rumıniya, İordaniya, Bolqarıstan, Qırğızıstan, Estoniya və digər dünya dövlətlərinin prezidentləri və hökumət rəhbərləri qatılacaqlar.