Deputatlar 2013-cü il büdcə layihəsinə təkliflər ediblər

Deputatlar 2013-cü il büdcə layihəsinə təkliflər ediblər
# 13 noyabr 2012 15:13 (UTC +04:00)

 

APA-nın məlumatına görə, Əli Məsimli xatırladıb ki, bu il 93 manat ehtiyac meyarı, 116 manat yaşayış minimumu, 40-50 manat civarında müavinətlər müəyyənləşdirilib: “Müavinətlərin bu qədər aşağı, ədalətsiz olması ilə bağlı dövlət strukturları hökumətə hansı təkliflər verir? Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, neftdən kənar kifayət qədər imkanlarımız var. Bu imkanlardan necə istifadə edilir? Neft pullarını kənara qoyanda, büdcəmiz 7 milyard manat olacaq. Əlaqədar təşkilatlar yaxın illərlə bağlı hansı kompleks tədbirlər hazırlayıblar? Gələn il büdcənin artım tempi ümumi daxili məhsul tempini 2-3 dəfə ötəcək. Bu, inflyasiya təzyiqi yarada bilər. Hökumət tədbirlər görməlidir ki, maaşların artırılması nəticəsində yaranan əlavə vəsait  işbazların cibinə yox, insanlara getsin. Sosial ipotekada məbləğin 30 min manatdan 50 min manata qədər artırılması, sosial ipotekalarda faizin 4 faizdən 2 faizə endirilməsi, ümumiyyətlə, ipoteka kreditlərinin həcminin artırılması yaxşı olardı. Digər tərəfdən, prezident 2013-cü ilin sonlarına qədər ölkədə qazlaşdırma işlərinin başa çatdırılmasını tapşırıb. Ancaq qrafikdən kənara çıxmalar, gecikmələr çoxdur. Mən inanmıram ki, bu gedişlə 2013-cü ildə bu iş başa çatsın”.

 

Deputat Gövhər Baxşəliyeva elmi işçilərə cüzi vəsait ayrılması məsələsinə toxunub. Deputat bu kateqoriyadan olan insanların əmək haqlarının artırılmasını istəyib.

YAP icra katibinin müavini Siyavuş Novruzov nazirliklərdə nazirlərin təyin etdikləri icra aparatlarının rəhbərlərinə geniş səlahiyyətlər verilməsinə də toxunub: “Belə olmaz. Prezidentin təyin etdiyi nazir müavinləri icra aparatının rəhbərindən icazə alırlar. Orduya ayrılan vəsait çoxdur, ancaq sosial məsələlərə diqqət yetirilməlidir. Ezamiyyətə gedən hərbçiyə 50-70 manat verilir ki, ailəsinə kirayə ev tutsun. Bu vəsaitə harada ev kirayə tutmaq olar?”

 

Büdcə müzakirələri sabah davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR