Bank Of Baku

DİN Tofiq Yaqublunun İsmayıllıda polis tərəfindən saxlanılmasına aydınlıq gətirib

DİN Tofiq Yaqublunun İsmayıllıda polis tərəfindən saxlanılmasına aydınlıq gətirib
# 24 yanvar 2013 15:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun İsmayıllıda polis tərəfindən saxlanılmasına aydınlıq gətirib.

 

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, T. Yaqublunun həbs edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Bildiyiniz kimi, ötən gecə axşam saatlarında İsmayıllı şəhərində baş verən kütləvi münaqişə ilə bağlı cinayət işi başlanıb, hazırda zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Həmin tədbirlər çərçivəsində hadisə yerində araşdırma aparan polis əməkdaşları ərazidə tanımadıqları bir şəxsin rayon sakinləri ilə söhbətləşdiyini görüblər. Polis tərəfindən şöbəyə aparılan həmin adam şəxsiyyəti dəqiqləşdirildikdən sonra sərbəst buraxılıb”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR