Bank Of Baku

Dövlət başçısı “Banklar haqqında”  qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam verib

Dövlət başçısı “Banklar haqqında”  qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam verib
# 25 iyul 2013 16:56 (UTC +04:00)

APA-nın xəbərinə görə, sərəncamda Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

 

Mərkəzi icra hakimiyyəti orqanları isə normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı, bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikası prezidentinə məlumat verməlidirlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR