Bank Of Baku

DQMM-in növbəti iclası keçirilib

DQMM-in növbəti iclası keçirilib
# 22 yanvar 2013 12:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti iclası keçirilib.

 

APA-nın məlumatına görə, iclasda DQMM-in Nümayəndələr Palatasının (NP) fevralın 10-a təyin olunmuş yığıncağı ilə bağlı müzakirələr aparılıb. Həmçinin Nümayəndələr Palatasında partiyaların, QHT-lərin, ziyalıların, millət vəkillərinin, bitərəflərin təmsilçilik kvotası müəyyən olunub.

 

DQMM “Binə” Ticarət Mərkəzində baş verən zorakılığı pisləyib və bütün iş adamlarını öz hüquqları uğrunda mübarizəni əlaqələndirməyə çağırıb.

 

Məşvərət Məclisi “Əsgər ölümünə son” aksiyasında həbs olunanlara qarşı cərimələri doğru saymadığını, bu cərimələrlə cəmiyyətin aktivliyinin qarşısının almağın mümkünsüzlüyünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR