Bank Of Baku

DQMM-in növbəti iclası keçirilib

DQMM-in növbəti iclası keçirilib
# 12 fevral 2013 11:43 (UTC +04:00)

 

Bakı. Etibar Məmmədov - APA. Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti yığıncağı keçirilib.

 

AMİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda ölkədəki ictimai-siyasi vəziyyət, qəbul olunmuş qərarların icra vəziyyəti, Məşvərət Məclisinin Nümayəndələr Palatasının fəaliyyəti, Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər müzakirə edilib.

 

Məşvərət Məclisinin Nümayəndələr Palatasının ilk iclası və iclasda səslənən fikirlər geniş təhlil edilərək növbəti mərhələdə ayrı-ayrı sahələr üzrə Nümayəndələr Palatasının müvafiq komissiyalarının yaradılması müzakirə edilib. Qərara alınıb ki, müxtəlif sahələr üzrə ekspert və peşəkarların cəlb olunması ilə komissiyaların yaradılması növbəti iclaslarda da müzakirə edilsin və Nümayəndələr Palatasının iclasına təklif edilsin.

 

Daha sonra Nümayəndələr Palatasının ilk sessiyasında  qəbul olunmuş qətnamə layihəsi əlavə və dəyişikliklər nəzərə alınmaqla qəbul edilib.

 

DQMM-ə daxil olan partiyaların region təşkilatlarının inteqrasiyası məsələsi də geniş müzakirə olunub və rayon (şəhər) təşkilatları arasında əlaqələrin intensivləşməsi vacib hesab edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR