Bank Of Baku

DQMM-in Nümayəndələr Palatası yaradılacaq - FOTO

DQMM-in Nümayəndələr Palatası yaradılacaq - <span style="color: red;">FOTO
# 08 yanvar 2013 13:39 (UTC +04:00)

 

Bakı. Etibar Məmmədov - APA. Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti toplantısı keçirilib.

 

APA-nın məlumatına görə, toplantıda qərarların icra vəziyyəti və görülən işlər haqqında məlumat verilib, ölkədəki mövcud ictimai-siyasi vəziyyət və DQMM-in qarşısında duran vəzifələr haqqında geniş müzakirə aparılıb.

 

DQMM üzvləri qurumun yaxın inkişaf perspektivlərini müzakirə edərək daxili inteqrasiyanın gücləndirilməsi haqqında bir sıra mühüm qərarlar - 2013-cü seçki ilində DQMM-in birgə fəaliyyəti haqqında niyyət bəyanı və DQMM Nümayəndələr Palatasının (NP) yaradılması haqqında qərar qəbul edib. Nümayəndələr Palatasında hər üzv partiyaya 20-yə qədər nümayəndəlik norması müəyyən edilib. DQMM NP-nin ilk toplantısının 10 fevral 2013-cü ildə keçirilməsi qərara alınıb.

 

Toplantıda kütləvi tədbirlərə hazırlıq məsələsi də geniş müzakirə edilib, yanvarın 20-də Şəhidlər Xiyabanını birgə ziyarət haqında qərar qəbul edilib.

 

DQMM Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyəti, seçkiqabağı mühitin demokratik olmadığını nəzərə alaraq beynəlxalq təşkilatlara məktub-müraciətin hazırlanmasını və göndərilməsini qərara alıb.

 

DQMM ACP lideri Rəsul Quliyevin hüquqlarını müdafiə komitəsinin yaradılmasını təqdirəlayiq hesab edərək, orada yüksək səviyyədə təmsil olunmaq və komitənin işində aktiv iştirak etmək barədə qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR