Bank Of Baku

DQMM aksiyalara başlamaq barədə qərar qəbul edib

DQMM aksiyalara başlamaq barədə qərar qəbul edib
# 11 fevral 2013 08:52 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) Nümayəndələr Palatasının (NP) ilk iclası keçirilib. Bu barədə APA-ya DQMM üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

 

Ə. Oruc bildirib ki, iclasda NP-in fəaliyyət istiqamətləri, ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı qərarlar qəbul edilib və palatanın katibliyi yaradılıb. Əsasən demokratik seçki mühitinin yaradılması ilə bağlı fəaliyyətin artırılması barədə qərarlar qəbul edildiyini deyən DQMM üzvü, iclasda kütləvi aksiyalara hazırlıq elan olunduğunu da bildirib: “İclasda seçki qanununa dəyişikliklə bağlı müxalif partiyalarla, beynəlxalq təşkilatlarla əməkdaşlıq və kütləvi aksiyalara hazırlıqla bağlı qərarlar qəbul edilib. Bildirildi ki, yaxın müddətdə Məşvərət Məclisi icazəli kütləvi aksiyalara başlamalıdır. Bununla bağlı gələn iclasda Bakı şəhər İcra Hakimiyyətinə müraciət göndərməyi düşünürük”.

 

Ə. Oruc qeyd edib ki, toplantıda həmçinin qurumun seçkiyə qədər bütün demokratik qüvvələrin fəaliyyətinin koordinasiya olunması istiqamətində cəhdləri davam etdirməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR