Bakı. Etibar Məmmədov – APA. “Məşvərət Məclisinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı qərar qəbul olunub”. Bu barədə APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, Azadlq Partiyasının sədri Əhməd Oruc bildirib.
Onun sözlərinə görə, Məşvərət Məclisi tərkibində yaradılan Nümayəndələr Palatasının əsasnaməsi qəbul olunub və partiyalardan bura daxil olan namizədlər artıq təsdiqlənib: “Nümayəndələr Palatasına Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin də dəvət olunması qaydaları müəyyənləşdirilib. Yaxın vaxtlarda Məşvərət Məclisinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı qərar qəbul olunub. İşçi qrupları yaradılması və fəaliyyət məsələsinin artırılması, gündəmdə olan məsələlərlə bağlı tədbirlərin intensivləşdirilməsi qərara alınıb”.