Bank Of Baku

DQMM Nümayəndələr Palatasının ilk iclası keçirilib - FOTO

DQMM Nümayəndələr Palatasının ilk iclası keçirilib - <span style="color: red;">FOTO
# 11 fevral 2013 11:32 (UTC +04:00)

 

Bakı. Etibar Məmmədov – APA. Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) Nümayəndələr Palatasının ilk iclası keçirilib.

 

APA_nın xəbərinə görə, ADP qərargahında keçirilən iclasda DQMM-ə üzv olan partiya sədrləri, həmin partiyaların nümayəndələri iştirak edib.

 

Toplantıda çıxış edən AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov bildirib ki, qəbul olunan əsasnaməyə görə, Nümayəndələr Palatasının iclasları ayda bir dəfə keçiriləcək: “Hər toplantıda Sədrlər Şurası əlifba sırası ilə seçilərək iclasları aparacaq”.


NP-nın ilk iclasına Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər və Azadlıq Partiyasının sədri Əhməd Oruc rəhbərlik edib.

 

Nümayəndələr Palatasının fəaliyyətinin təşkili və koordinasiyanın həyata keçirilməsi məqsədilə 3 nəfərdən ibarət daimi katiblik seçilib. AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov, ACP sədrinin müavini Vaqif Mahmudov və ALDP təmsilçisi Nərgiz Ağamalıyeva katibliyin üzvləri seçiliblər.

 

ACP sədri Sülhəddin Əkbər qeyd edib ki, Məşvərət Məclisin əsas vəzifəsi Azərbaycanda seçkiqabağı vəziyyətin demokratikləşməsi, azad və ədalətli seçkilər üçün təminatın yaradılmasıdır.

 

AMİP sədri Yusif Bağırzadə və ADP sədrinin müavini Taliyət Əliyev Azərbaycan müxalifətini birləşməyə çağırıblar.


Xalq Azadlıq partiyasının sədri Valeh Mirzəyev də çıxış edərək bildirib ki, ictimai qınağı bərpa etmək üçün bizim hamımızın komanda şəklində iştirakımız vacibdir.


Toplantıda keçmiş ədliyyə generalı Hüseyn Hüseynov, Azadlıq partiyasıın sədri Əhməd Oruc, Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov, Liberal Partiyasının sədri Əvəz Temirxan, İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı, Böyük Azərbaycan Uğrunda Milliyyətçi Hərəkat Partiyasının sədri Valeh İbadov, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, ACP sədrinin müavini Zəminə Dünyamalıyeva, AMİP baş katibi Arzuxan Əlizadə və başqaları çıxış edərək Nümayəndələr Palatasının qarşısında duran vəzifələr və ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR